Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetovu İrəvanda qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və təşkilatda kollektiv təhlükəsizlik mexanizmlərini müzakirə ediblər.
Onlar həmçinin KTMT-nin məsuliyyət zonasında və regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.