“Şəhidlərimizin əziz xatirəsinə! Milli döyüş təyyarəmizi martın 18-də anqardan çıxaracağıq demişdik. Təyyarəmiz bu gün uçuş-enmə zolağındadır!”
Senzor.az bildirir ki, bunu Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir “Tvitter” hesabında yazıb.
“İnşallah, Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın liderliyində Vətənimizin göylərində də uçacağının şahidi olacağıq”, - deyə o əlavə edib.
Türkiyə KİV-i xəbər verir ki, öz mühərrikləri ilə uçuş-enmə zolağına çıxan döyüş təyyarəsi sınaqdan uğurla keçib.