Şuşada Novruz tonqalı qalanıb, aksiya bayram əhvali-ruhiyyəsi ilə davam edir
YENİLƏNİB, FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda etiraz aksiyasının keçirildiyi ərazinin yanında Novruz tonqalı qalanıb, bayram simvolu sayılan səməninin təsviri quraşdırılıb.

 

Senzor.az bildirir ki, bundan başqa, aksiya iştirakçıları üçün Novruz süfrəsinin təamlarından olan şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar hazırlanıb.

 

Bununla yanaşı, ərazidə musiqi səhnəsi quraşdırılıb və müxtəlif mahnılar səsləndirilir.

 

Hazırda aksiya bayram əhvali-ruhiyyəsi ilə davam edir.

 

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur və yol humanitar məqsədlər üçün açıqdır. 

Yeri gəlmişkən, bu gün bu saata olan məlumata görə, ərazidən Rusiya sülhməramlılarına məxsus 79 avtomobil keçib. 

 

**10:33


Şuşada havanın yağmurlu, dumanlı və soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda keçən ilin 12 dekabrından başlayan etiraz aksiyası ötən gecə boyu da davam edib.

 

Senzor.az bildirir ki, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

 

Təhlükəsizlik qaydalarına ciddi əməl olunan toplanış yerində bu dəfə də heç bir insident baş verməyib. 

 

Ekofəallar son günlər onlara dəstəyə gələn yeni könüllülər qrupu ilə birlikdə yenə də yolda nəqliyyatın hərəkətinə mane olmadan üzərində Azərbaycan, rus və ingilis dillərində tələbləri yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. 

 

Aksiya iştirakçılarının şüarları dəyişməyib: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!".     

 

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə, əvvəlcədən olduğu kimi, yenə də  heç bir maneə yoxdur. Yeri gəlmişkən, dünən gün ərzində ərazidən həm Xankəndi, həm də Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus 46  avtomobilin maneəsiz keçidi təmin edilib.  

Bir az əvvəl isə Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin sərbəst hərəkət etməsinə şərait yaradılıb. 

Bunlar bir daha göstərir ki, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

 

Xatırladaq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları 99-cu gündür ki, yüksək əzm, mətanət və qətiyyət nümayiş etdirirlər. 

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.