Britaniya Ukraynaya tərkibində tükənmiş uran olan mərmilər verəcəyini vəd edib.
Rbc.ru-nun məlumatına görə, bunu krallığın müdafiə nazirinin müavini Annabel Qoldin deyib.
O, Lordlar Palatasının üzvü Baron Hiltonun sorğusuna verdiyi cavabda bildirib ki, Britaniya Ukraynaya hərbi yardımın bir hissəsi olaraq, tükənmiş uranlı döyüş sursatları tədarük edəcək.
Nazir müavinin sözlərinə görə, bu, zirehli deşici mərmilər olacaq və onlar “Challenger 2” döyüş tankları ilə birgə Ukraynaya çatdırılacaq.