Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu bir neçə saatdan sonra Ermənistan və Türkiyə arasında futbol matçının keçiriləcəyi İrəvana gedib.
Senzor.az Ermənistanın İctimai Televiziyasına istinadən bildirir ki, Türkiyə nümayəndə heyətinin olduğu təyyarə bir neçə dəqiqə əvvəl paytaxt hava limanına enib.
Ermənistan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin ilk oyununu bu gün Türkiyə yığması ilə keçirəcək.
Aleksandr Petrakovun yetirmələri rəqibləri Xorvatiya, Türkiyə, Uels və Latviya milliləri olan D qrupunda yer alıb.
Xatırladaq ki, sonuncu dəfə İrəvana Türkiyənin 11-ci prezidenti Abdullah Gül Ermənistan - Türkiyə oyununu canlı izləmək üçün səfər etmişdi - 2008-ci ildə.
Və budur, 15 ildən sonra, nazir səviyyəsində ilk səfər yenə də iki ölkə arasındakı futbol matçı səbəbilə gerçəkləşdirildi...
Senzor.az