Bir sıra ölkələrin prezidentləri BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış etməyi planlaşdırırlar.
TASS -ın Assambleyanın proqramına istinadən yaydığı məlumatda belə deyilir.
Məlumata görə, Braziliya, Venesuela, Qırğızıstan, Livan, Moldova, Fələstin, Polşa, ABŞ, Türkiyə, Ukrayna, Fransa və Estoniya rəhbərləri BMT-nin ənənəvi toplantısında çıxış edəcəklər.
Bundan başqa Böyük Britaniyanın, Haitinin, Gürcüstanın, İsrailin, İtaliyanın, Kanadanın, Pakistanın və Yaponiyanın hökumət başçılarının beynəlxalq təşkilatda çıxışları gözlənilir.
Baş Assambleyanın yüksək səviyyəli həftəsi sentyabrın 21-də başlayacaq.