İsrail Prezidenti İsaaq Hersoq bu il Azərbaycana səfər etməyi planlaşdırır.
"Jerusalem Post" xəbər verir ki, bu barədə İ.Hersoq martın 26-da Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədovla görüşündə, etimadnamənin qəbul olunması mərasimində deyib
Görüşdə tərəflər Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib və ikitərəfli gündəlikdə duran müxtəlif məsələləri müzakirə ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyev 26 noyabr 2022-ci il tarixində İsrailin Təl-Əviv şəhərində Azərbaycan Respublikasının səfirliyinin təsis edilməsi haqqında qanun imzalayıb.
Bundan əvvəl İsrailin Azərbaycandakı səfirliyi Azərbaycanın İsraildəki səfirliyinin 29 mart 2023-cü il tarixində açılacağını bəyan etmişdi.