Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ-ın Avropada yeni blok yaratdığını və bunun ölkəsinə də təsir edəcəyini söyləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, A.Vuçiç bu bloka Polşa, Baltikyanı ölkələr və Ukraynanın daxil olduğunu deyib.
“Həmin beş ölkə ilə Fransadan böyük və Almaniyaya yaxın gücdə ölkə formalaşır. Deməli, bu beş ölkə və ya Rumıniya ilə birlikdə altılığın Almaniyadan sonra Avropada ən güclü olacağı aydındır. Biz Mərkəzi Avropa ölkəsi kimi mövqe tutmaq istəyirik, ona görə də Macarıstanla əlaqələrimiz getdikcə güclənir. Bu, bizim Avropa ilə münasibətlərimizin dinamikasını dəyişəcək. Bunun müsbət istiqamətdə olacağına inanmaq istəyirəm. Lakin Rusiya və Kosovoya qarşı sanksiyalar kimi məhdudlaşdırıcı amillər də var”, - deyə o qeyd edib.