Türkiyənin Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədlərin yekun siyahısı ilə bağlı qərarı “Rəsmi” qəzetdə dərc olunub.
Prezidentliyə namizədlər - Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və “Ata İttifaqı”nın namizədi Sinan Oğanın təsbit edilməsi qərara alınıb.
Aprelin 1-də Komissiyada namizədlərin birləşmiş bülletendəki yerlərini müəyyən etmək üçün püşkatma olacaq.
Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.