"Mart soyqırımı kimi cinayətlərin təkrarlanmaması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk".
Senzor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdə yazıb.
O xatırladıb ki, minlərlə azərbaycanlının ermənilər tərəfindən etnik zəmində öldürüldüyü Mart qırğınından 105 il ötür:
"Biz bu gün ermənilərin soyqırımı siyasətinin qurbanlarını anırıq".