"Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb. Bakının bir neçə istiqamətində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir".
Senzor.az bildirir ki, bunu KİV-in sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.
Əlavə məlumat veriləcək.
**00:06
Deputat Fazil Mustafanın həyatına qəsd etməkdə şübhəli bilinən şəxslər Qaradağ rayonu ərazisində keçirilən əməliyyat zamanı saxlanılıb.
Senzor.az bildirir ki, məlumatı haqqin.az saytı yayıb.
Qeyd olunub ki, xüsusi əməliyyatı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi birgə keçiriblər.