Azərbaycanda dünyanın ən uzun tunellərindən biri inşa olunur
GƏNCƏ İLƏ KƏLBƏCƏRİ BİRLƏŞDİRƏCƏK

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 40-a yaxın avtomobil yolu inşa olunmaqdadır.

 

Bu barədə Trend-ə "Proyapı" şirkətinin Azərbaycandakı idarəetmə heyətinin sədr müavini Akif Aygen məlumat verib.

 

Onun sözlərinə görə, avtomobil tunellərinin əsas hissəsi Şuşa şəhəri istiqamətində inşa olunan yollarda cəmlənib.

 

"Gəncə şəhərini Kəlbəcərlə birləşdirəcək ən uzun tunelin uzunluğu 11 638 metrdir. Bu, dünyadakı ən uzun tunellərdən biri olacaq. İnşasının 2025-ci ilin sonunadək tamamlanması gözlənilir", - o deyib.

 

A.Aygen "Proyapı" şirkətinin Azərbaycanda avtomobil yollarının tikintisi və layihələndirilməsi sahəsində təqribən 50 layihə həyata keçirdiyini vurğulayıb.

 

Qeyd edək ki, Gəncə şəhəri ilə Kəlbəcəri birləşdirəcək avtomobil yolunda inşa olunan tunel Murovdağ silsiləsindən keçəcək. Tunelin təməli 21 avqust 2021-ci ildə qoyulub.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.