"İran rejimi ölkəmizdəki məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb" - MÜBARİZ QURBANLI

İran rejimi Azərbaycandakı məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb. Bunun qarşısını almaq üçün dini komitə kifayət qədər səbrlə, məqsədyönlü şəkildə iş aparıb.


Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün “Din və qlobal təhlükəsizlik” adlı konfrans çərçivəsində jurnalistlərə deyib.


M.Qurbanlı qeyd edib ki, məscidlərə təyinat səlahiyyəti komitəyə keçəndən sonra ölkəmizdə təhsil almış, dövlətimizin maraqlarını ifadə etməyə qadir olan 120-yə yaxın şəxs təyinat alıb, 118 din xadimi isə işindən uzaqlaşdırılıb.


Onun sözlərinə görə, uzaqlaşdırılanlar içərisində həm işində nöqsanlara yol verənlər, həm də dini təhsili olmayanlar var.


“İran rejimi dini ideologiya və siyasət adı altında təlqin etməyə çalışır, Azərbaycan və digər ətraf ölkələrə özünün dövlət din modelini yaymaq istəyir. Azərbaycanda da bu təbliğatı aparmaq üçün sosial şəbəkələr üzərindən kampaniyalar aparıb. Bunun qarşısını almaq üçün geniş işlər görülüb və görülməkdədir", - deyə M.Qurbanlı əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.