Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla iftar süfrəsində bir araya gəlib.
Bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, görüşdə S.Lavrovu rusiyalı səfir Aleksey Yerxov müşayiət edib.
**21:26
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə işgüzar səfərə gedib.
Senzor.az bildirir ki, aprelin 6-7-də onun türk həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Ankarada energetika, taxıl müqaviləsi məsələləri, Qarabağda, Ukraynada vəziyyət, Türkiyə-Suriya dialoqu və digər mövzular ətrafında müzakirələrdə iştirak edəcəyi gözlənilir.