Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehrana işgüzar səfər edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb.
Səfər aprelin 9-da baş tutacaq. Qriqoryanın İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşəcəyi gözlənilir.