İsrailin Baş naziri Benyamin Netanyahu cümə günü Təl-Əvivdə törədilən terror aktından sonra hərbi polisin bütün ehtiyat qüvvələrini və əlavə ordu qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Netanyahu həmçinin vətəndaşları təhlükəsizlik xidmətlərinin göstərişlərinə əməl etməyə çağırıb.