Türkiyənin “İMECE” ilk müşahidə peyki aprelin 11-də kosmosda orbitə buraxılacaq.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Tvitter”də yazıb.
Bildirilib ki, Türkiyənin yerli və milli vasitələrlə istehsal edilən ilk yüksək ayırdetmə qabiliyyətinə malik müşahidə peyki olan “İMECE” aprelin 11-də orbitə buraxılacaq.
“Təlim keçmiş insan resurslarımız, təqdim etdiyimiz imkanlar və inkişaf etdirdiyimiz texnologiyalar sayəsində biz qlobal kosmik yarışda mövcud olmağa davam edəcəyik”, - Türkiyə Prezidenti qeyd edib.