Tarixdə ən böyük raket uçuşa icazə gözləyir - FOTO

“SpaceX” Amerika kosmik şirkəti “Starship” yeni super ağır daşıyıcı raketin ilk sınaq uçuşunun həyata keçirilməsinə hazır olduğunu elan edib. Raketin kosmik fəzaya buraxılması aprelin 17-nə planlaşdırılıb, lakin “SpaceX” əvvəlcə raketin uçusu üçün ABŞ Federal Mülki Aviasiya İdarəsindən (FAA) icazə almalıdır.

 

AZƏRTAC xəbər verir ki, Texasda start meydançasında quraşdırılmış “Starship” raketi Ay və Marsa uçuşlar üçün hazırlanır. Daşıyıcı raketin ikinci pilləsi yük və insanların daşınması üçün nəzərdə tutulan kosmik gəmidir (“Starship” adlandırılır). Raketin birinci pilləsi (Super Heavy) 33 ədəd “Raptor 2” mühərriki ilə təchiz olunub.

 

İlk orbital buraxılış planı, raketin buraxılmasından qısa müddət keçdikdə pillələrin ayrılmasından sonra Super Heavy gücləndiricisinin Meksika körfəzində yumşaq bir şəkildə eniş edəcəyini, “Starship” gəmisinin isə orbitə çatacağını, sonra Yer atmosferinə girəcəyini, ancaq Sakit okeanda, Havay arxipelaqının şimalında suya düşəcəyini nəzərdə tutur.

 

Sınaq plana uyğun keçərsə, “Starship” dünyanın ən böyük və ən güclü işləyən raketi olacaq və bu titulu ilk dəfə 2022-ci ilin noyabrında buraxılan super ağır NASA SLS super güclü daşıyıcı raketdən alacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.