İranın keçmiş prezidenti Həsən Ruhani aktiv siyasətə qayıtmaq niyyətindədir.
Bu barədə yerli "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, o, 2024-cü ildə keçiriləcək parlament seçkilərində iştirak etməyi planlaşdırır.
O da vurğulanıb ki, Ruhaninin geri dönüşünün ilk addımlarından biri onun xatirələrinin kitab halında nəşri olacaq. Siyasətçi bir sıra görüşlər keçirməyi də planlaşdırır.