ABŞ Ermənistana xəbərdarlıq etdi
RUSİYA İLƏ BAĞLI

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ Maliyyə Nazirliyinin çərşənbə günü yaydığı məlumatda belə deyilir. 

 

Qeyd olunub ki, ABŞ maliyyə nazirinin birinci müavini Adevale Adeyemo Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla görüşündə diqqəti Vaşinqtonun anti-Rusiya sanksiyalarından yayınmanın qarşısını almaq üçün gördüyü tədbirlərə yönəldib.

 

 

Məlumata əsasən, Adeyemo və Qriqoryan çərşənbə axşamı görüşüblər. Onlar Ermənistandakı son iqtisadi hadisələri müzakirə ediblər. Adeyemo həmçinin “ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının və ixrac nəzarətindən yayınmasının qarşısını almaq üçün Birləşmiş Ştatların qlobal səylərini vurğulayıb”.

O, Birləşmiş Ştatların ABŞ və Ermənistan arasında əməkdaşlığı davam etdirmək öhdəliyini təsdiqləyib.

 

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiya və Ermənistan da daxil olmaqla bir neçə ölkənin 28 müəssisəsinə ixrac məhdudiyyəti qoyub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.