ABŞ-da Pentaqonun gizli sənədlərini yayan şəxs tapıldı
FOTO

Pentaqonun məxfi sənədlərini internetdə ABŞ Milli Qvardiyası Hərbi-Hava Qüvvələrinin üzvü yerləşdirib.

 

Bu barədə lenta.ru məlumat yayıb.

 

Məlumata görə, son bir neçə ay ərzində ABŞ kəşfiyyat sənədlərini yayan kiçik onlayn oyun qrupunun lideri 21 yaşlı Cek Teyşeyra olub. Hərbçi artıq həbs edilib. Onun evində axtarış aparılır.

 

Teyşeyranın Massaçusets Hava Milli Qvardiyasının kəşfiyyat qanadında xidmət etdiyi bildirilir. O, silahlara, video oyunlara ümumi sevgi ilə təxminən 20-30 nəfərin bir araya gəldiyi “Thug Shaker Central” adlı özəl internet qrupunun kuratorudur. Qrup üzvləri sızan sənədlərin sırf məlumat xarakteri daşıdığını, onların çoxunun Ukraynadakı münaqişə ilə bağlı olduğunu qeyd ediblər.

Senzor.az xatırladır ki, aprelin 7-də Ukrayna müharibəsi ilə bağlı Pentaqonun məxfi sənədlərinin sızması məlum olub. Materiallarda Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti, ABŞ və NATO-nun Ukrayna ordusunu gücləndirmək planları haqqında məlumatlar yer alıb.

  

Bundan əlavə, sənədlərdə Rusiya Federasiyası və BƏƏ-nin ABŞ və Böyük Britaniya kəşfiyyat orqanlarına qarşı birgə fəaliyyəti, sanksiyalardan yayınmaqda Rusiya və onun vətəndaşlarına yardım haqqında kəşfiyyat məlumatları olub. Həmçinin Misirin Ukraynada müharibədə istifadə üçün Rusiyanı sursatla təmin etmək planları barədə məlumatlar da ortaya çıxıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.