Türkiyə Qara dəniz şelfindən qaz tədarükünə başlayır
ƏRDOĞAN ANONS VERDİ

Qara Dənizin Türkiyə sektorunda Sakarya yatağından təbii qazın tədarükünün başlanması aprelin 20-nə planlaşdırılıb.

 

“Anadolu” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

Türkiyə Qara dənizdə açıq qaz ehtiyatlarının ümumi həcmini 540 milyard kubmetr səviyyəsində qiymətləndirir. Bunun 400 milyard kubmetri Sakarya əyaləti sahillərinin yaxınlığında 2020-ci ildə kəşf olunan eyniadlı yatağın payına düşür. Yatağın işlənməsinin birinci fazası çərçivəsində gündə 10 milyon və ya ildə 3,4-4 milyard kubmetr həcmində hasilat planlaşdırılıb. 2027-2028-ci illərə qədər qazın gündəlik hasilat həcmi 40 milyon kubmetr təşkil etməlidir, illik həcmlər isə 15 milyard kubmetrə çatacaq. 

 

Plana əsasən, hasilat 2026-cı ilə qədər ən pik nöqtəsinə çatmalıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.