REAL Təhlil və İnformasiya Mərkəzinin əməkdaşları “Tvitter” sosial şəbəkəsində kampaniyaya başlayıblar.
Senzor.az-ın məlumatına görə, kampaniyanın əsas məqsədi ermənilər tərəfindən əsir götürülən hərbi qulluqçularımıza qarşı amansız rəftarı, onların işgəncələrə məruz qalmalarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və beynəlxalq qurumların buna münasibət bildirmələrini təmin etməkdir.
Həmçinin, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ermənilərin barbarlığının növbəti təzahürüdür və dünya ictimaiyyəti buna hələ də susur.
İnformasiya Mərkəzinin əməkdaşları “Tvitter” üzərindən ingilis dilində tvitlər paylaşaraq Birləşmiş Millətlər Təşkilatını, Beynəlxalq Qızıl Xaç Komitəsini, BMT-nin İnsan Hüquqları, Təşkilatını, ATƏT-i və digər beynəlxalq təşkilatları taq edərək onların bu hadisələrə biganə qalmamalarını tələb edirlər.
Daha ətraflı REAL TV-nin videosüjetində: