“Türkiyə Egey və Şərqi Aralıq dənizindəki hüquqlarından heç vaxt imtina etməyəcək. Bu, qeyri-siyasi məsələdir”.
Bunu türkiyəli siyasi ekspert Koray Kamaci ölkəsinin son illər müdafiə sənayesində əldə etdiyi mühüm uğurlar barədə danışarkən deyib.
O qeyd edib ki, hazırda Türkiyənin iki "Qızılalma" təyyarəsi var və kütləvi istehsal 2024-cü ilə qədər başlayacaq.
Ekspert Türkiyənin son addımları ilə bağlı əhəmiyyətli bir sirri də açıqlayıb: "Xüsusilə İsrailin həm güvəndiyi, həm də qürur duyduğu Dəmir Qübbəsi var. Bunu ilk dəfədir deyirəm: Türkiyənin raket sistemlərində İsrailin Dəmir Qübbəsini sıradan çıxara bilən texnologiya var. Bu, həqiqətən vacibdir. İsrail indi casusluq işinə başlayıb. Bu işin arxasınca düşüb. Bu, raket texnologiyasını inkişaf etdirmək bizim üçün böyük işdir. Bu, İsraili şoka salacaq bir vəziyyətdir".(Axar.az)