Sudan ordusu ölkənin 7 yaşayış məntəqəsindəki, eləcə də ştatların 5 inzibati mərkəzindəki çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) baza və qərargahlarına nəzarəti ələ keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildiririr ki, bu barədə Sudan Silahlı Qüvvələrinin Baş Komandanlığı bildirib.
Məlumata əsasən, hərbçilər Port Sudan (Qırmızı dəniz ştatının inzibati mərkəzi), Ed-Damazin (Mavi Nil ştatının paytaxtı), bu ştatın Bones şəhərindəki, eləcə də Kassala və Gedaref ştatlarının eyniadlı inzibati mərkəzlərində Kadugli şəhərindəki (Cənubi Kordofan əyalətinin paytaxtı) xüsusi təyinatlıların bazaları və qərargahları üzərində nəzarəti təmin ediblər.
Qeyd edək ki, Sudanda xüsusi təyinatlılar vahid orduya birləşmək ideyasını dəstəkləmirlər. Eyni zamanda silahlı qüvvələrə rəhbərlik edəcək şəxsin mülki və ya hərbçi olması ilə bağlı da fikir ayrılığı mövcuddur.
Aprelin əvvəlində tərəflər arasında imzalanmalı olan müqavilə məhz fikir ayrılıqları səbəbindən iki dəfə təxirə salınıb. Aprelin 12-dən 13-nə keçən gecə Sudan ordusu Merove şəhərini tərk etmələri barədə xüsusi təyinatlılara ultimatum irəli sürüb.
Amma bu, silahlı qarşıdurmalara gətirib çıxarıb. Nəticədə xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasındakı toqquşmalarda 56 nəfər ölüb, daha 595 nəfər isə yaralanıb.
Ölənlər arasında həm mülki şəxslər, həm də hərbçilər var.