Rusiya Prezidenti Vladimir Putin Çinin müdafiə naziri Li Şanfu ilə görüşüb.
TASS bildirir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.
“Putin Çinin Dövlət Şurasının nümayəndəsi, Çinin müdafiə naziri Li Şanfu ilə işgüzar görüş keçirib”, - o deyib.
Qeyd edək ki, Çinin müdafiə naziri bu gün Rusiyaya səfər edib. Onun səfərinin iki gün davam edəcəyi, sabah rusiyalı həmkarı Sergey Şoyqu ilə danışıqlar aparacağı bildirilib.