Aprelin 19-da İsrailin xarici işlər naziri Eli Koen Bakıya gəlir.
Senzor.az bildirir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Qeyd olunub ki, nazir Azərbaycan-İsrail hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.
Məlumatda, həmçinin bildirilir ki, Koen iqtisadi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr aparmaq üçün böyük nümayəndə heyəti ilə gələcək.
Yeri gəlmişkən, İsrail mediası Prezident İshaq Hersoqun may ayında Azərbaycana gözlənilən səfəri barədə də məlumat yayıb.