“Pilotsuz uçuş aparatlarının istehsalında və satışında dünyada 3-4 ölkədən biriyik”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “IDEF-2021” müdafiə sənayesi sərgisində çıxışı zamanı deyib.
Ərdoğan ölkəsinin hərbi istehsal sahəsindəki uğurlarından da söz açıb: “Türkiyə son 19 ildə müdafiə sənayesində inqilab edib. Xaricdən asılılığımızı 80 faizdən 20 faizə endirmişik”.
“Əsla sərhədlərdən on minlərlə kilometr uzaqlarda terrorizmlə mübarizə adı altında dinc əhalinin, günahsız insanların başına bomba yağdıranlardan olmayacağıq”, - deyə o əlavə edib.