İŞİD-in gürcü rəhbərlərindən biri saxlanıldı
GÜRCÜSTANDA XÜSUSİ ƏMƏLİYYAT

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Terrorla Mübarizə Mərkəzinin keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində İŞİD terror təşkilatı qruplaşmalarından birinin rəhbəri, Gürcüstan vətəndaşı Malxaz Paksaşvili saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan DTX-sı  məlumat yayıb. 

 

Məlumatda bildirilir ki, Terrorla Mübarizə Mərkəzi, Gürcüstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə keçirdikləri tədbirlər nəticəsində M.Paksaşvilinin 2013-cü ildə Gürcüstanı tərk etdiyi müəyyən edilib. Həmin şəxs Suriyaya gedərək İŞİD terror təşkilatına qoşulub. O, 2013-2015-ci illərdə qondarma “Hərbi əmirlər - Sezar və Tsikara Toxoşaşvili qardaşlarının qrupu”na daxil olub, adıçəkilən terror təşkilatının həyata keçirdiyi hücumlarda və hərbi əməliyyatlarda fəal iştirak edib.

 

Saxlanılan şəxsin İŞİD-in yüksək rütbəli hərbi komandirləri və həmin terror təşkilatının qruplarından birinin üzvləri ilə sıx əlaqələri olub. O, “müavin” vəzifəsini tutub.

 

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə (xarici terror təşkilatına qoşulma və terror fəaliyyətinə köməklik göstərmə) cinayət içi başlanılıb. M.Paksaşvilini 10 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.