İsrailin paytaxtı Təl-Əvivdə məhkəmə islahatlarına qarşı genişmiqyaslı etiraz aksiyası yenidən başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiyaçılar şəhərin mərkəzi küçələrini bağlayıblar.
Bu gün ölkənin digər şəhərləri - Hayfa, Aşdod, Beerşebada da aksiyalar keçirilib.
Qeyd edək ki, Baş nazir Benyamin Netanyahu martın sonunda müxaliflərlə danışıqlar aparmaq və kompromis əldə etmək üçün məhkəmə islahatları ilə bağlı qanunvericilik prosesinin dayandırıldığını elan edib.