Avstraliyanın Baş naziri Entoni Albanese bildirib ki, ölkə hökuməti gələcək onilliklər üçün hərbi siyasətini formalaşdıracaq yeni milli müdafiə strategiyasına başlayır.
Senzor.az-ın məlumatına görə, o vurğulayıb ki, bəzi hərbi layihələrin ləğv edildiyi və yeni prioritetlərin təyin olunduğu belə bir strategiyanın yaranmasına dəyişən geosiyasi şərait səbəb olub.
“Hökumət Avstraliyanı və regionu cari strateji mühitdə təhlükəsiz saxlamaq üçün yeni müdafiə vasitələrinə sərmayə qoyacaq və tərəfdaşlarla əlaqələri inkişaf etdirəcək”, - deyə Baş nazir qeyd edib.