Aprelin 26-27-də Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər 2023-cü ilin mayında Sianda keçirilməsi planlaşdırılan Mərkəzi Asiya-Çin sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.
Həmçinin nəqliyyat logistikası, Çinə kənd təsərrüfatı məhsullarının ixracının artırılması, elektron ticarətin inkişafı barədə fikir mübadiləsi aparılacaq.