Evdə istehsal etdiyi məhsulları internet və buna bənzər platformalarda satanlar vergidən azad ediləcək.
“Haber Global” bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan müxtəlif sahələrdə fəaliyyət göstərən kiçik biznes sahiblərinin vergidən azad olunduğunu qeyd edib.
“Əvvəlki illərdə etdiyimiz tənzimləmə ilə sadə üsulda vergiyə cəlb olunan kiçik biznes sahiblərinin qazanclarını gəlir vergisindən azad etmişdik. Bərbər, dərzi, baqqal, tərəvəz satıcısı, taksi sürücüsü, mikroavtobus sürücüsü kimi işlərlə məşğul olanlar gəlir vergisi ödəmirdi. Hazırda 830 min kiçik biznes sahibi həm gəlir vergisindən azad olunmanın bəhrəsini görür, həm də ƏDV ödəmir.
Bu il də biz mövcud həddi aşdığı üçün əslində vergi tutulması labüd olan kiçik biznes sahiblərinin sadə üsuldan faydalanmasına davam etməsini təmin edirik.
Bundan əlavə, 13 böyük şəhərimizdə 80 min kiçik biznes sahibinin qazancını bu istisnalar siyahısına daxil edirik. Yeni tətbiqin böyük şəhərlərdəki ticarətçilərə xeyirli olmasını diləyirəm.
Ticarət avtomobillərini yeniləmək istəyən sahibkarlara da şad xəbərim var. Şəhərdaxili taksi, mikroavtobuslar, avtobuslar, evakuator biznesi, yük avtomobilləri ilə kommersiya yüklərinin daşınmasını həyata keçirən sahibkarlar eyni tipli nəqliyyat vasitələrini yenilədikləri zaman şəxsi istehlak vergisi ödəməyəcəklər.
Bütün bu məsələlərlə bağlı təfərrüat Xəzinədarlıq və Maliyyə Nazirliyimiz tərəfindən ayrıca açıqlanacaq. Yeni Parlament fəaliyyətə başladıqda bu, edəcəyimiz ilk hüquqi tənzimləmələrdən biri olacaq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb[D1] .
Türkiyə lideri, həmçinin bildirib ki, dövlət ehtiyat dəyəri 500 milyard dollarla 1 trilyon dollar arasında hesablanan Qaradəniz qazının ölkəyə verəcəyi qazancla gələcəyə sərmayə qoyacaq.
Prezident ailə və gənclik bankının yaradılacağını da bəyan edib: “Ailə və gənclik bankı yaradacağıq. Məqsədimiz ailə institutunu gücləndirəcək tədbirlərin buradan maliyyələşdirilməsidir. Evdar qadınların ödənişlərinin üçdə birini buradan qarşılayaraq pensiyaya çıxmalarını təmin edəcəyik.
Gənclərimizə dəstək göstərəcəyik. Bu resursun köməyi ilə onların işlə təmin olunmalarını asanlaşdıracağıq.
Gənc sahibkarlarımızın da yanında olacağıq. Evlərini rahatlıqla qura bilmələri üçün onlara 150 min Türkiyə lirəsi dəyərində 2 illik faizsiz kredit verəcəyik və bununla da onları evliliyə həvəsləndirəcəyik”.