"Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə hazırdır" - İLHAM ƏLİYEV
YENİLƏNİB

"Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə birmənalı olaraq hazırdır".


AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində bildirib.


“Eyni zamanda, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra biz hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışırıq”, - deyə dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanda ilk külək və günəş enerjisi stansiyalarının tikintisi artıq başlayıb.

**16:03

“Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan etibarlı tərəfdaşdır”.


Bunu Bolqarıstan Prezidenti Rumen Radev “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.


R. Radevin sözlərinə görə, memorandumun imzalanması mühüm nailiyyət, həmçinin Azərbaycan ilə Bolqarıstan arasında uzunmüddətli və dayanıqlı münasibətlərin göstəricisidir.


"Bolqarıstan sazişlərə uyğun olaraq Azərbaycandan lazımi həcmdə təbii qaz alır. Azərbaycan həm də Avropa İttifaqının (Aİ) mühüm və etibarlı tərəfdaşıdır", - Bolqarıstan Prezidenti bildirib.


R. Radev qeyd edib ki, Ukraynadakı müharibə Avropa ölkələrini enerji təchizatında yeni yollar axtarmağa məcbur edib.

**15:30

Azərbaycanın “yaşıl enerji” ixracının əsas istiqaməti Avropadır.


Bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.


“Bildirmək istərdim ki, üç önəmli enerji infrastrukturu layihəsinin – biri Xəzər dənizindən Aralıq dənizinə, digəri isə Xəzər dənizindən Qara dənizə olmaqla iki neft kəmərinin və 3 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi layihəsinin uğurla tamamlanmasından sonra biz Azərbaycanın alternativ enerji istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində işləyirik. Alternativ enerji sahəsində aparıcı beynəlxalq şirkətlər 25 geqavatdan çox alternativ enerji istehsalı üçün Azərbaycanla müqavilələr və anlaşma memorandumları imzalayıblar.


İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb.


Azərbaycanda alternativ enerjisinin proqnozlaşdırılan potensialı Xəzərin Azərbaycan sektorunda 157 geqavat olmaqla ümumilikdə təxminən 200 geqavatdır. Bizim “yaşıl enerji” ixracımızın əsas istiqaməti əlbəttə ki, Avropadır”, - Prezident İlham Əliyev qeyd edib.


Prezident İlham Əliyev Azərbaycanın aktiv enerji diplomatiyasını və meqalayihələr həyata keçirilməsini davam etdirdiyini vurğulayıb.

**14:53

“Azərbaycan ölkəni bərpa olunan enerji mənbələrindən enerji istehsalçısına və ixracatçısına çevirmək üçün çalışır”.


Senzor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.


Dövlət başçısı əlavə edib ki, artıq Azərbaycanda ilk külək və günəş elektrik stansiyalarının tikintisinə başlanılıb.

**14:09

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Azərbaycanın Avropaya qaz tədarükü coğrafiyasının genişləndirilməsini mümkün edib.


Bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.


Prezident qeyd edib ki, Anlaşma Memorandumunun imzalanması enerji təhlükəsizliyi baxımından olduqca vacib və vaxtında atılmış addımdır.


“Bu təşəbbüs enerji resurslarının daha da şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından çox vacib addımdır və olduqca vaxtında atılmış addımdır. 6 ay öncə mən Bolqarıstana rəsmi səfər etmişdim və 6 ay sonra geri qayıtmışam. Biz eyni zamanda, Bolqarıstanla interkonnekter layihəsinin inaqurasiya mərasimində iştirak etdik. Bu layihə Azərbaycanın Avropada milli qaz tədarükü coğrafiyasının genişlənməsini mümkün etdi və bu layihə eyni zamanda, artıq Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə yardım edir”, - Prezident İlham Əliyev qeyd edib.

**13:43

Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.


Senzor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.