“Gərgin iş rejimi nəticəsində canlı yayımda halım pislşdiyinə görə “keçmiş olsun” arzularını çatdıran, dualarını əskik etməyən millətimin hər bir fərdinə, hər bir qardaşıma təşəkkür edirəm”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.
O bildirib ki, həkimlərin tövsiyəsinə uyğun olaraq bu gün evdə istirahət edəcək: “Kırıkkaleli, Yozqatlı ve Sivaslı qardaşlarımızla təəssüf ki, bu gün görüşə bilməyəcəyik. Hər birindən xahiş edirəm ki, haqlarını halal etsinlər”.
R.T.Ərdoğan qeyd edib ki, bu gün vitse-prezident Fuat Oktay Kırıkkale, Yozqat ve Sivasa gedəcək: “Allahın köməkliyi ilə sabahdan etibarən işlərimizə davam edəcəyik. Əziz millətimizi Türkiyə yüz ili hədəflərinə çatdırmaq üçün çalışmağa davam edəcəyik. Bütün vətəndaşlarımıza sağlamlıq arzulayıram”.
**12:44
“Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti kifayət qədər yaxşıdır”.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri müavini Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, R.T.Ərdoğan proqramında dəyişiklik etməyəcək: “Seçkilərlə bağlı intensiv çalışdığına görə mədəsində narahatlıq yaranmışdı. Amma artıq keçib. Prezident bu gün proqramlarına əvvəldən planlaşdırılan kimi davam edəcək”.
Xatırladaq ki, R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Ona görə də verilişə fasilə verilib.
**01:44
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bir neçə media orqanına müsahibə verərkən, özünü yaxşı hiss etmədiyini deyib və yayım dayandırılıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Qısa aradan sonra isə yayım bərpa edilib. Ərdoğan bildirib ki, iki gündür gərgin təbliğat kampaniyasındadır və bir qədər soyuqlayıb.
İzləyicilərdən üzr istəyən dövlət başçısı sutkada 18 saatlıq iş rejimi səbəbindən yorulduğunu da təsdiqləyib.