Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə nazir özü bildirib.
“Prezidentimizlə görüşdüm, səhhəti yaxşıdır, salamı var. İnfeksion qastroenterit keçirib, hazırda səhhəti çox yaxşıdır, infeksiyanın təsiri azalıb. Qısa zamanda fəaliyyətə başlayacaq”, - nazir qeyd edib.
**09:18
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qısa istirahətdən sonra tədbirlərdə iştirakını davam etdirəcək.
Senzor.az bildirir ki, bu barədə öz Twitter səhifəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik yazıb.
"Bəzi xarici KİV-lərdə Prezidentimizin səhhəti ilə bağlı əxlaqsız yalan xəbərlər yayılır. Prezidentimiz öz vəzifəsi başındadır. Qısa istirahətdən sonra o, eyni şəkildə proqramlarına davam edəcək", - deyə o qeyd edob.
Partiyanın mətbuat katibi Türkiyə Prezidentinin sağalması arzularına görə minnətdarlığını da bildirib.
Qeyd edək ki, ondan əvvəl Türkiyənin Vitse-prezidenti Fuad Oktay da Prezidentin səhhətinin yaxşı olduğunu vurğulayıb: “Səhhəti çox yaxşıdır, daim əlaqə saxlayırıq. Prezidentin yüngül soyuqlaması var”.
Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi isə bəzi sosial media hesablarında paylaşılan “Prezident Ərdoğanın infarkt keçirərək xəstəxanaya yerləşdirildiyi” xəbərlərinin həqiqətə uyğun olmadığını bəyan edib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti çox yaxşıdır, xəstəxanaya aparılması ilə bağlı deyilənlər doğru deyil”.
Senzor.az