Hikmət Hacıyev NATO rəsmilərini Ermənistanla sərhəddə NBM-nin təsis edilməsi barədə məlumatlandırıb
YENİLƏNİB, FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2 may 2023-cü il tarixində NATO mənzil-qərargahına səfər edib. Səfər Azərbaycan-NATO tərəfdaşlığının əsasını təşkil edən Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinin imzalanmasının 29-cu ildönümü ərəfəsinə təsadüf edib.


Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən Senzor.az-a verilən xəbərə görə, səfər çərçivəsində Hacıyev NATO mənzil-qərargahında müttəfiq dövlətlərin iştirakı ilə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib. O, həmçinin NATO Baş katibinin kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə köməkçisi Devid Katlerlə ikitərəfli görüş keçirib.

Keçirilmiş görüşlər zamanı H.Hacıyev Azərbaycan-NATO tərəfdaşlığının cari vəziyyəti və perspektivləri, eləcə də regional məsələlər ətrafında müzakirələr aparıb. O, iştirakçılara Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, mina problemi, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi və digər qarşılıqlı maraq doğuran xüsuslar haqqında məlumat verib. Tərəflər arasında Azərbaycanın nəqliyyat imkanları və enerji təchizatındakı önəmli rolu barədə fikir mübadiləsi aparılıb.


NATO üzv dövlətləri Azərbaycanın etibarlı və önəmli tərəfdaş ölkə olduğunu vurğulayıb. Müttəfiq dövlətlər ölkəmizin Sülh Naminə Tərəfdaşlıq proqramında aktiv iştirakını, Alyansın beynəlxalq sülhməramlı əməliyyatlarına töhfələrini, ələlxüsus Əfqanıstan missiyasına dəstəyini, qarşılıqlı operativ uzlaşmanın artırılması və müdafiə islahatları sahəsində əldə etdiyi tərəqqini təqdir edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələri görüş iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Səfər çərçivəsində H.Hacıyev Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun NATO-Azərbaycan münasibətlərinin inkişafına əvəzsiz töhfələrini əks etdirən memorial-foto stendin açılış mərasimində iştirak edib.

**15:45

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Katler arasında görüş başa çatıb.


Bu barədə Azərbaycanın Alyansdakı nümayəndəsi Cəfər Hüseynzadə tviterdə yazıb.


Tərəflər NATO-Azərbaycan tərəfdaşlığının cari vəziyyəti və perspektivləri, həmçinin enerji təhlükəsizliyində Azərbaycanın rolu barədə danışıblar.


Onlar eyni zamanda Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparıblar.

**14:07

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb.


Senzor.az xəbər verir ki, onlar Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

**13:52

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüş keçirəcək.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyası məlumat yayıb.


Bildirilib ki, Hikmət Hacıyev qarşıdakı saatlarda NATO Baş katibinin köməkçisi general David Kattler və müttəfiq ölkələrlə Müavinlər Komitəsi (DPRC) formatında ikitərəfli görüş keçirəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.