ABŞ Cənubi Qafqazda sülh prosesinə sadiqdir.
Senzor.az xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel jurnalistin Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşün ikinci günü ilə bağlı sualına cavabında deyib.
"Biz bu (sülh - red.) prosesə və Cənubi Qafqazda dinc gələcəyin təşviqinə sadiq qalırıq. Biz hesab edirik ki, birbaşa dialoq məsələlərin həllinin açarıdır, lakin mən görüşləri qabaqlamaq fikrində deyiləm", - deyə V.Patel bildirib.