İsveç Parlamenti Türkiyənin bu ölkənin NATO üzvlüyünü təsdiqləməsi üçün əsas şərtlərdən biri olan konstitusiya dəyişikliyi çərçivəsində terrorla mübarizə ilə bağlı yeni cəza qanun layihəsini təsdiqləyib.
Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, parlamentdə keçirilən səsvermədə sənəd 268 səs lehinə, 34 səs əleyhinə olmaqla qəbul edilib. Sol və Yaşıllar Partiyalarının qarşı çıxdığı konstitusiya dəyişikliyi üzrə səsvermədə 47 deputat iştirak etməyib.
Ölkədə terror təşkilatlarına üzv olmanın cinayət hesab edilməsini nəzərdə tutan qanun terror fəaliyyətlərində iştirak edən və terror təşkilatları ilə əməkdaşlıq edən şəxslər üçün cəzanı sərtləşdirir. Həmçinin, sənəd hakimiyyət orqanlarına terror təşkilatlarını maliyyələşdirən və ya başqa yolla dəstək verən insanları həbs, yaxud mühakimə etmək üçün daha geniş səlahiyyətlər verir.
Qeyd edək ki, təsdiqlənmiş qanun layihəsi iyunun 1-dən qüvvəyə minəcək.