Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurdu
FOTO

Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub.

 

Senzor.az bildirir ki, bu barədə iki ölkənin BMT-dəki daimi nümayəndələri birgə kommunike imzalayıblar.

 

“5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Daimi Nümayəndəsi zati-aliləri cənab Yaşar T. Əliyev və Papua Yeni Qvineya Müstəqil Dövlətinin Daimi Nümayəndəsi zati-aliləri Maks Hufanen Ray iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommunike imzalayıblar”, - Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin məlumatında bildirilib.


Senzor.az xatırladır ki, Papua Yeni Qvineya Okeaniyada - Sakit Okeannın cənub-qərbində dövlətdir.  Yeni Qvineya adasının şərq hissəsini, Bismark arxipelaqını, Solomon adalarının şimal hissəsini, Buka adasını, D’Antrkasto adasını və s.əhatə edir. Sahəsi — 462 840 km²-dir. Əhalisi 6 milyon nəfərdən (2009), əsasən papuas və melaneziyalılardan ibarətdir.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.