8 kəndin aqibəti necə olacaq: Paşinyan “HƏ”, İran “YOX” deyir
FOTO

Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndinin Azərbaycana qaytarılması yenidən gündəmdədir. Ermənistan mətbuatında yer alan məlumata görə, XİN başçılarının Vaşinqtonda keçirilən görüşündə bu məsələ müzakirə olunub. Lakin detallar ictimaiyyətə açıqlanmayıb. 

 

Ermənistanın baş naziri Nikol Paşinyan da ötən gün “Azadlıq Radiosu”na müsahibəsində Azərbaycanın işğal altında olan kəndlərindən söz açıb. O bildirib ki, ölkəsi işğal edilmiş kəndləri qarşılıqlı şəkildə Azərbaycana qaytarmağa hazırdır.

 

1975-ci ilin xəritələrinə əsasən sərhəd xəttini bütün uzunluğu boyunca tanımağa hazır olduğumuzu deyirik”, - deyə Paşinyan vurğulayıb.

 

Maraqlıdır, Ermənistan kəndlərimizi qaytarmağa hazırdırmı, yoxsa Paşinyanın mesajları başqa mətləbdən xəbər verir? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Cümşüd Nuriyev düşünür ki, İran Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmasının əleyhinədir.

 

"Paşinyan o qədər qeyri-ciddi adamdır ki, onun dediklərini qəbul etmək istəmirəm. Amma üçtərəfli bəyannamənin müddəalarında bu məsələlər öz əksini tapıb. Ümumiyyətlə, o kəndlərin geri qaytarılmasının çox böyük əhəmiyyəti var. Bilirsiniz ki, İrəvan-Qafan-İran yolu məhz Kərkidən keçir. İran kəndlərin qaytarılmasının əleyhinədir. Həmin ərazilərin Azərbaycana verilməsini istəmirlər. Onların bəyanatından belə çıxır ki, Paşinyan sözünü geri götürəcək", - deyə politoloq bildirib.

 

C.Nuriyevin fikrincə, Ermənistan bu məsələni gündəmə gətirməklə Azərbaycanı təxribata çəkmək istəyir:

"Qazaxın kəndindən İrəvan-Tbilisi yolu keçir. Əslində bu yol İrəvanın yeganə əlaqəsidir. Ermənistan çalışacaq ki, kəndləri geri qaytarmasın. Bütün hallarda o torpaqlar geri qaytarılmalıdır. Ermənistan tərəfi yaxşı başa düşür ki, Azərbaycan bütün torpaqlarını azad etmək fikrində və əzmindədir. Bizim hazırda əsas məqsədimiz işğal altında olan kəndləri azad etməkdir. İrəvan hakimiyyəti bunu dərk edir. 

 

Onu da qeyd edim ki, Ermənistan kəndlərinin bir neçəsi Azərbaycanla sərhədə bitişikdir. Ermənilərin kəndlərin qaytarılmasını yubatmaqda məqsədi Azərbaycanı təxribata çəkməkdir. Onlar çalışırlar ki, KTMT-ni Azərbaycanla sərhədə cəlb edib, bizimlə üz-üzə qoysunlar. Həm də qəribədir ki, Paşinyanın fikirləri xarici işlər naziri Ararat Mirzoyanın, eləcə də spiker Simonyanın açıqlamaları ilə uyğun gəlmir. Hər biri fərqli fikirlər səsləndirməklə, cəmiyyəti çaşdırmağa çalışırlar. Hətta deyərdim ki, onlar bir-birilərini qarşılıqlı şəkildə ittiham edirlər. Görünən odur ki, ermənilər kəndlərimizi könüllü şəkildə vermək istəmirlər. Sadəcə vaxt qazanmağa çalışırlar. Ancaq Azərbaycan qətiyyətli mövqe sərgiləyir. İnanıram ki, işğal altında qalan kəndlərimiz azad olunacaq. Azərbaycan necə olursa-olsun bunu edəcək. Bunun üçün bir qədər zaman lazımdır".

 

Xatırladaq ki, Qazax rayonun işğal altında qalan kəndləri bunlardır:

 

Bağanis Ayrım – 24.03.1990

 

Xeyrimli – 08.03.1992

 

Aşağı Əskipara – 12.03.1992

 

Barxudarlı – 27.04.1992

 

Sofulu – 27.04.1992

 

Qızılhacılı - 11.05.1992

 

Yuxarı Əskipara – 08.06.1992






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.