Qırğızıstan Prezidenti Sadır Japarov Rusiyaya səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçiriləcək. Görüşdə liderlər ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini, habelə qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.
Japarov mayın 9-da Moskvada keçiriləcək paradda da iştirak edəcək.