Ermənistan xarici işlər nazirinin müavinləri Vahe Gevorqyan və Vahan Kostanyan Rusiya səfiri Sergey Kopirkin, ABŞ səfiri Kristina Kvin və Fransa səfiri Ann Luonu ilə görüşlər keçiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşlər zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə fikir mübadiləsi aparılıb.
Xarici işlər nazirlərinin müavinləri Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi çərçivəsində fundamental məsələlərlə bağlı İrəvanın mövqeyini təqdim ediblər.