ABŞ Dövlət katibi Antoni Blinken Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıqlar aparıb.
Senzor.az bildirir ki, Blinken bu barədə Twitter hesabında paylaşım edib.
Görüş zamanı Ukrayna və Cənubi Qafqazda vəziyyətlə bağlı müzakirələr aparılıb.
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ukraynaya dəstək, Cənubi Qafqazda sülhün bərqərar olması və bizim dərin Transatlantik tərəfdaşlığımızla bağlı müzakirələr aparmaq xoş oldu”, - deyə Antoni Blinken paylaşımda qeyd edib.
Great to speak with European Council President @CharlesMichel today to discuss support for Ukraine, South Caucasus peace, and our deep transatlantic partnership.
— Secretary Antony Blinken (@SecBlinken) May 11, 2023