Türkiyədə səsvermə günü üçün əsas qadağaların siyahısı açıqlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Ali Seçki Şurasından (YSK) məlumat verilib.
Məlumata görə:
- Seçki günü saat 06.00-dan 24.00-dək spirtli içkilərin satışı qadağan edilib.
- Yaşayış məntəqələrində təhlükəsizliyin və asayişin qorunmasına cavabdeh olan şəxslərdən başqa heç kim silah gəzdirə bilməz.
- Seçki günü qəhvəxana, internet kafe kimi bütün ictimai əyləncə yerləri bağlıdır.
- Əyləncə məkanı olan restoranlarda yalnız yeməklər verilə bilər.
- Seçki günü saat 18:00-a kimi toyların keçirilməsi qadağandır.
- YSK-nın qərarlarına əsasən, saat 18:00-a qədər mətbuatda seçkilər və onların nəticələri ilə bağlı proqnoz və şərh vermək qadağandır.
- YSK-nın seçki ilə bağlı verəcəyi xəbərlər və bildirişlər saat 18.00-21.00 arasında dərc olunacaq.
- Saat 21:00-dan sonra bütün yayımlar pulsuz olacaq, YSK bu vaxtı daha erkən təyin edə biləcək.
- Prezident seçkiləri ikinci tura keçərsə, mayın 28-də də eyni müddəalar tətbiq olunacaq.
Səs verə bilməyən şəxslər aşağıdakılardır:
- Hərbi təhsil müəssisələrinin tələbələri;
- Penitensiar müəssisələrdə olan məhkumlar.