"Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı" - ƏRDOĞAN
YENİLƏNİB

"Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı. İndi, həmişə olduğu kimi, seçki qutularından möhkəm yapışmağın vaxtıdır. Nəticələr qəti olana qədər millətimizin iradəsini qorumağa davam edirik!.."


Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə bildirib.


Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.

**17:29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbulda Üsküdar Kısıklıdakı iqamətgahından ayrılaraq prezident və parlament seçkilərində səs vermək üçün saat 11.40-da Saffet Çebi orta məktəbinə gedib.


TRT Haber bildirir ki, seçkilərdə səs verdikdən sonra Ərdoğan İstanbuldan Ankaraya gəlib.


Ərdoğan Esenboğa hava limanından Prezident Kompleksinə keçib. Onun seçkiləri Ankaradan izləyəcəyi gözlənilir.


Qeyd edək ki, bir qədər əvvəl Prezidentin seçkilərin nəticəsini İstanbuldan izləyəcəyi bildirilmişdi.

**12:54

AKP partiya sədri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan Prezident və 28-ci çağırış Parlament seçkiləri çərçivəsində səsvermə hüququndan istifadə edib.


Senzor.az xəbər verir ki, o səsvermə prosesinə İstanbul şəhərində qatılıb.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verdikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, ən vacib məsələlərdən biri də zəlzələ baş vermiş bölgələrdə səsvermə prosesinin problemsiz keçirilməsidir: "Vətəndaşlarımızın səs verməsi Türkiyə demokratiyası üçün çox mühümdür".


R.T.Ərdoğan söyləyib ki, seçkilərin nəticəsini İstanbuldan izləyəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.