AK Parti İstanbul təşkilatının qarşısında bu dəqiqələrdə izdiham yaşanır.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, AK Parti tərəfdarları bir ağızdan şüarlar səsləndirməyə başlayıblar.
Onlar AK Partinin sədri və ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın adını ucadan qışqırır, “Bu millət səninlə fəxr edir”, “Aponun istəyi, durdura bilməz bizləri” kimi şüarları səsləndirirlər.
Qeyd olunur ki, hazırda ərazidə hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizlik tədbirləri görülür.