Türkiyədə keçirilən parlament seçkilərində Azərbaycan əsilli namizədlər də iştirak edib.
Modern.az xəbər verir ki, Azərbaycan əsilli namizədlərin əksəriyyəti siyasi partiyalar tərəfindən irəli sürülüb.
Onlardan bir çoxu Türkiyənin siyasi sferasında kifayət qədər məşhurdur. Bir neçə namizəd isə müstəqil olaraq seçkiyə qatılmaq qərarına gəlib.
Ötən gün keçirilən seçkilərin ilkin nəticələrinə əsasən, Azərbaycan əsilli namizədlərdən ikisi Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputat mandatını qazanıb. Parlamentin hazırkı üzvü Şamil Ayrım hakim Ədalət və İnkişaf Partiyasından (AKP), Ensar Aytekin isə Cümhutiyyət Xalq Partiyasından (CHP) deputat seçilib.
Qeyd edək ki, Türkiyədə parlament seçkilərində azı 16 Azərbaycan əsilli namizəd iştirak edib.