Türkiyə xalqı taleyini Qərbin ümidinə buraxmadı - SEÇKİLƏRİN PƏRDƏARXASI
ŞƏRH - PROQNOZ

Türkiyə xalqı ötən gün tarixinin növbəti sınağından üzü ağ çıxmağı bacardı. Qardaş Türkiyədə keçirilən Prezident və Parlament seçkiləri öz şəffaflığı ilə dünyaya, xüsusilə də demokratiyadan bəhs edən dövlətlərə əsl dərs oldu. Türk xalqının seçkilərdə milli iradəsini sərbəst şəkildə ifadə etməsi beynəlxalq müstəvidə bəzi anti-türk dairələrin niyyətini ürəyində qoydu.

 

Uzun illərdir Qərb dairələri tərəfindən “diktatura” və “diktator” propoqandası aparılan Qardaş Türkiyədə demokratiyanın şöləni dünyanı mat qoydu, ən əsası isə Türkiyənin düşmənlərini məyus etdi, əsas düşmənini isə öldürdü.

 

Belə ki, Rəcəb Tayyib Ərdoğanın "Balkon" çıxışı zamanı, ən yeni tarixdə gəlib-getmiş ən böyük Türkiyə düşməni, siyasi infrastrukturları ilə bütün dünyada şəbəkələşmiş “Açıq Cəmiyyət” imperiyasının sahibi Corc Sorosun infarkt keçirdiyi, hətta öldüyü barədə də söz-söhbətlər dolaşmaqda davam edir. 

May ayının 28- də ikinci tur keçiriləcək. Lakin Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi iqtidar partiyası - AK partiyanın böyük üstünlük qazanması bu il 100 yaşını qeyd edən Türkiyə Cümhuriyyəti üçün yüksək səviyyədə baş tutan Prezident və Parlament seçkiləri fonunda dünyaya demokratiya nümunəsi sayıla bilər.

 

Rəsmi nəticələr yekun olaraq açıqlanmasa da, Türkiyədə seçkilərin iki nəticəsi böyük ölçüdə bəlli oldu. Parlament seçkilərini Ərdoğanın rəhbərlik etdiyi Cümhur ittifaqının qazanması və Prezident seçkilərində Ərdoğan Kılıçdaroğlunu 4 faiz səslə qabaqlasa da, 50 faizi keçə bilmədiyi üçün (yekun nəticə hələ bəlli deyil) mübarizənin II tura qalması...

 

Belə görünür ki, parlamenti uduzan Kılıçdaroğlunun rəhbərlik etdiyi Millət İttifaqının əsas prioriteti II turda qalib gəlmək olsa da bu şansı da çox deyil. Belə ki, bu turda 5 faizdən çox səs toplamış Sinan Oğanın tərəfdarlarının böyük əksəriyyətinin məhz R.T.Ərdoğana verəcəkləri səsləri həlledici olacaq.

 

Muharrəm İncənin namizədliyini geri götürməsindən sonra Kılıçdaroğlu-Ərdoğan cütlüyü ilə mübarizəni sona qədər davam etdirən Sinan Oğanın ötən gün seçkinin həlledici nəticələrinin müəyyən qədər məlum olmasından sonra etdiyi açıqlamaların ünvanı bəlli idi. S. Oğan açıq şəkildə FETÖ, PKK və Hizbullah terror təşkilatına qarşı mübarizə aparmaqdan yana olduğunu açıq bəyan etdi. 

O, eyni zamanda əlavə etdi ki, “Terror təşkilatları və onun siyasi uzantılarının TBMM-yə daşınmasına qarşıyıq, bizimlə anlaşmaq istəyən terrorla, onun siyasi uzantıları ilə arasında məsafə qoymaq məcburiyyətindədir, bunu etməyən müzakirəyə gəlməsin”. Buradan belə nəticə çıxarmaq olar ki, PKK-nın siyasi uzantısı olan HDP (hazırda Yaşıl Sol) ilə yaxınlığı bəlli olan, o cümlədən, FETÖ ilə müəyyən bağlantılarına dair məlumatların dolaşdığı “Altılı masa”nın tək lideri Kılıçdaroğlunun ikinci turda şansı olduqca aşağıdır. Türk xalqı bütün bunları bilərəkdən özünü oda atmayacaq.

 

Burada digər bir məqam isə ondan ibarətdir ki, Sinan Oğanın millətçi olduğu hər kəsə bəllidir. Buna görə də, özünün də bəyan etdiyi kimi, “Türkiyənin böhrana düşməməsi üçün” hazırki iqtidarla anlaşa bilər. Bütün bu proseslərin gedişartı isə parlamenti qazanan Rəcəb Tayyib Ərdoğanın II turda istədiyinə nail olacağından xəbər verir.

 

Bu isə beynəlxalq müstəvidə bəzi anti-türk dairələrin niyyətini puça çıxardı. Beləcə, 21 illik Ərdoğan iqtidarının xalqın böyük əksəriyyətinin etimadını qazanması mövcud siyasi elitaya Türkiyə cəmiyyətinin etimadının göstəricisidir. İndidən demək olar ki, türk xalqı öz siyasi liderinə növbəti dəfə etimad göstərdi və seçkilərin ikinci turunda Ərdoğanın parlaq qələbəsi qaçılmaz olacaq. Çünkü seçki ikinci tura qalsa belə, Cümhur ittifaqının parlamentdə üstünlüyü yenidən qazanması seçkini qazanması anlamına gəlir. 

Məhz bu üstünlükdən, qələbəyə bərabər nəticədən dolayı dünyanın siyasi liderləri arasında ilk olaraq türkiyəli həmkarını və Cumhur İttifaqını Prezident İlham Əliyev təbrik etdi. Dövlət başçısının bu addımı bir daha iki xalqın sarsılmaz və səmimi qardaşlıq münasibətlərinin növbəti təzahürüdür.

 

Türkiyə böyük dövlətdir. Dünənki seçkilər, seçicilərin məsuliyyəti bunu sübut etdi. Belə demək mümkünsə, Ərdoğanın reallığının Kılıçdaroğlunun "viranlığı" ilə nəticələnməsinə sayılı günlər qaldı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.