Türkiyədə prezident seçkisinin ikinci turu üçün bülletenlərin forması açıqlanıb.
“Haber Global” bildirir ki, Ali Seçki Şurasından (YSK) verilən məlumata görə, sənədlərdə əvvəlki qaydada birinci Ərdoğanın adı yazılacaq.
Həmçinin, qurumdan prezident seçkisinin ikinci turunun təqvimi də açıqlanıb.
Təqvimə görə, ikinci tur üçün namizədlərin təbliğat kampaniyası mayın 16-da başlayacaq. Mayın 20-dən 24-dək gömrük-keçid məntəqələrində və xarici ölkələrdə səsvermə baş tutacaq. Ayın 27-də təbliğat başa çatacaq, ertəsi gün isə səsvermə keçiriləcək.
Seçkinin müvəqqəti nəticələri mayın 29-da, yekun nəticələri isə iyunun 1-də məlum olacaq.